Afaq Bəşirqızı iki gün səhnədə

Afaq Bəşirqızı iki gün səhnədə
3559 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Afaq Bəşirqızı  5 və 25 may tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bankir adaxlı” (E.Sabitoğlu və T.Vəliyeva) və “Toya bir gün qalmış” (Ə.Səmədli) iki hissəli komediyaları ilə pərəstişkarlarının görüşünə gələcək.

Teatrdan Axşam.az-a daxil olan məlumata görə, tamaşalar axşam saat 19:00-da başlayacaq.

Qeyd edək ki, hər iki əsərin süjet xəttini qəh-qəhə dolu gözlənilməz hadisələr təşkil edir.

“Bankir adaxlı” tamaşasının quruluşçu rejissoru Faiq Zöhrabov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşov, “Toya bir gün qalmış” tamaşasının  quruluşçu-rejissoru isə Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, rejissor assistenti Tamilla Aslanovadır. Hər iki tamaşanın quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevalardır.

Tamaşalarda Afaq Bəşirqızı ilə yanaşı, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər – Novruz Qartal, Ələkbər Əliyev, Çingiz Əhmədov, aktyorlar – Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Hüseyn və Gültac Əlililər, Gülçöhrə Abdullayeva, Gülnarə Əzizova, Ağaxan Şərifov, Ruslan Mürsəlov və Fərid Rzayev də iştirak edəcəklər.

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.