Natavan Hacıyeva vəfat edib

Natavan Hacıyeva vəfat edib
8714 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın ilk diktorlarından biri Natavan Hacıyeva vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə aparıcı Zaur Baxşəliyev İnstaqramda məlumat yayıb.

Onun hansı səbəbdən dünyasını dəyişdiyi bilinmir.

***

Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva dünyasını dəyişib.

Bu barədə ONA-ya AzTV-dən məlumat verilib.

N.Hacıyevanın qızı Cəmilə Davudovanın verdiyi məlumata görə, anası xərçəng xəstəliyindən əziyyət çəkirdi: "Xəstəliyi barədə ötən ilin noyabrında bildik. Bir ay olardı ki, vəziyyəti pisləşmişdi".

N.Hacıyeva ilə vida mərasimi sabah saat 14.00-da yaşadığı mənzildə olacaq. O, Yasamalda köhnə qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, 1942-ci ildə anadan Natəvan Hacıyeva 1960-ci ildə efirə çıxıb. O, AzTV-nin ilk rəsmi diktoru olub.

Allah rəhmət eləsin!