Yaşıl çay təbiətin insanlara bəxş etdiyi ən faydalı bitkilərdəndir desək, yanılmarıq.

Artıq çəkidən xərçəngə qədər bir çox xəstəliyi önləyən bu möcüzəvi içkinin vətəni Hindistan və Çindir.

Axşam.az xəbər verir ki, yaşıl çayın üzərində kimyəvi proseslər aparılmadığından onun antioksidant miqdarı yüksəkdir. Tərkibində amin turşuları, bəzi yağ turşuları, B, C, E vitaminləri kafein və teofilin olan bu çay növü 20-dək mineralla da zəngindir.

Bu qədər zəngin tərkibə malik içkinin faydalarına da nəzər yetirək:

Şəkər xəstəliyinin irəliləməsini əngəlləyir,

Xolestrinin miqdarını aşağı salır,

Dəri və saç sağlamlığı üçün çox vacibdir,

Piylənmənin qarşısını alır, maddələr mübadiləsini sürətləndirir,

Qan təzyiqini normallaşdırır,

Ağız və diş sağlamlığında əhəmiyyətli rol oynayır,

Damar tıxanmasının qarşısını alır,

Döş, mədə və dəri xərçəngi başda olmaqla bir çox şiş xəstəliyi ilə savaşır,

Həzmə kömək edir,

İmmuniteti gücləndirir,

Parkinsonizm və Alzaymer xəstəliyinin əmələ gəlməsini əngəlləyir,

HİV virusunun yayılmasının qarşısını alır,

Allergiyanın baş vermə səbəblərini aradan qaldırır.



                 

Digər