Bakıda “Land Cruiser” 12 maşını belə əzdi - Video + Yenilənib

Bakıda “Land Cruiser” 12 maşını belə əzdi - Video + Yenilənib
1232 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Binəqədi rayonunda avtomobil dayanacağında “Land Cruiser” markalı maşın digərlərini əzib.

Axşam.az Baku.Ws-ə istinadən xəbər verir ki, hadisə 6-cı mikrorayon, Cavadxan küçəsində, Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Belə ki, “Land Cruiser”in sürücüsü yüksək sürətlə maşını dayancaqda hərəkət etdirir və manevrlər edir.

Nəticədə dayanacaqda olan 12 avtomobili əzib.

***

Trend-in məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.

Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.

Hadisənin görüntülərini təqdim edirik: