Bir neçə gün öncə vəfat edən türkiyəli ifaçı Dilber Ayın ürəktutmasından öldüyü bildirilmişdi.

Axşam.az xəbər verir ki, onun gerçək ölüm səbəbi bəlli olub.

Bu barədə müğənninin həyat yoldaşı İbrahim Karakaş “İkinci sayfa” proqramında məlumat verib.

Bildirilib ki, 68 yaşlı ifaçı ürəktutmasından ölməyib. O, bir müddət öncə ayaq dırnaqlarını kəsərkən ehtiyatsız davranıb və bədəninə mikrob keçib. Mikrob isə onun qanına daxil olduğundan sənətçi dünyasını dəyişib.

 



                 

Digər