Xalq artisti 52 yaşını Dubayın ən bahalı otelində keçirib - Fotolar

Xalq artisti 52 yaşını Dubayın ən bahalı otelində keçirib -  Fotolar
6101 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Filipp Kirkorov 52 yaşını Dubayda qeyd edib.

Axşam.az-ın məlumatına görə, müğənni bunun üçün BƏƏ-nin ən bahalı otellərindən olan "Burj Al Arab"ı seçib.

Filipp otelin 27-ci mərtəbəsində yerləşən banket zalını bağlatdırıb. Müğənni zalın bəzədilməsini, yeməklərin növlərinin müəyyənləşdirilməsini, hətta musiqi seçimini özü edib.

Polina Qaqarina, Jasmin, Ksenya Borodina və digər məşhur rus ifaçılarla yanaşı gecədə Dubayın tanınmış rəqqasları da yer alıblar. Onlar ərəb musiqisinin sədaları altında şou göstəriblər.