Qadınların əksəriyyəti aylıq tsikl ərəfəsini çox ağır keçirir: güclü ağrı, ürəkbulanma, iştahsızlıq, baş ağrısı… Həmin ərəfədə dərman qəbulu orqanizm üçün heç də xeyirli deyil.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bunların qarşısını almaq üçün aşağıdakı 8 qaydaya əməl etmək lazımdır:

1. Aylıq tsiklə 1 həftə qalmış şorabalardan imtina edin. Həmin ərəfədə cəfəri, mərəcüyüd, quşüzümü yeyin.

2. Çoxlu meyvə, tərəvəz və dəniz məhsulları yeyin.

3. Ağrı orqanizmdə kalsium çatışmazlığından yaranır. Buna görə də çoxlu ağartı məhsulları qəbul edin.

4. Aylıq tsikl ərəfəsində qətiyyən kofe və spirtli içki içmək olmaz.

5. Çoxlu şokolad yemək məsləhətdir.

6. Yüngül aerobika ilə məşğul olun. İdmanla məşğul olanda orqanizmdə çoxlu rahatlıq hormonu inkişaf edir.

7. Üzüstə uzanmayın. Yaxşı olar ki, çox hərəkət edəsəniz.

8. İçərisinə moruq yarpaqları tökülmüş çay aylıq tsikl zamanı yaranan ağrını aradan qaldıracaq.


                 

Digər