Çiyələk yeyərkən diqqətli olun

Çiyələk yeyərkən diqqətli olun
1815 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük-kiçik hamı tərəfindən sevilən çiyələyin mövsümü gəlib çatıb. Artıq bazarlarda bu qırmızı, xoş qoxulu meyvələrə tez-tez rast gəlirik.

Axşam.az xəbər verir ki, çiyələk güclü antioksidant tərkibə malik olmaqla yanaşı A,C,E və s. vitaminlərlə də zəngindir. İmmuniteti gücləndirərək xəstəliklərdən qoruyan bu giləmeyvəni yeyərkən diqqət etməli olduğumuz bəzi məqamlar var.

Çiyələyi mütləq mövsümündə yeyin. Çünki, mövsümü olmayan meyvə yetişdirilərkən bir sıra kimyəvi maddələrdən istifadə edilir ki, bu da güclü zəhərlənmələrə səbəb ola bilər.

Çiyələyi yaxşı yumaq lazımdır. Bu giləmeyvə torpaqla təmas etdiyi üçün təmiz yuyulmalıdır.

Dadı dəyişən meyvəni yemək olmaz. Bu zaman meyvədə bir sıra bakteriyalar yaranır ki, bu da orqanizm üçün zərərlidir.

Çiyələyi alarkən ölçüsü və rənginə diqqət edin. Qırmızı və kiçik meyvələrə üstünlük verin.