Çinin nağılvari kəndindən möhtəşəm görüntülər

Çinin nağılvari kəndindən möhtəşəm görüntülər
4149 dəfə oxunub
  • A-
  • A
  • A+

Çinin Anhui əyalətinin cənubunda yerləşən Honqcun kəndi nağıllara bənzəyən atmosferi ilə ziyarətçilərini ovsunlayır.

Axşam.az xəbər verir ki, Huanqşan dağının cənub-qərb yamacında yerləşən kənddə Minq və Çinq xanədanlarından qalma 150 mənzil yerləşir.

Tarixi və estetik dəyəri yüksək olan bu evlərin quruluşu memarlığı ilə Çindəki abidələr arasında ən yaxşılar sırasındadır.

Kəndin içərisində yerləşən göldə əks olunan memarlıq əsərlərinin görüntüsü həm foto, həm də rəsm həvəskarlarının marağını cəlb edir.

Günün fərqli saatlarında kənddəki “Ay gölü”nün sahilində rəsmlər çəkən onlarla rəssam görmək mümkündür.

Kənd 2000-ci ildə YUNESKO tərəfindən Dünyanın Mədəni Mirasları sırasına daxil olunub.