Emin bu dəfə ulduzları Dubaya yığdı - Fotolar

Emin bu dəfə ulduzları Dubaya yığdı -  Fotolar
4854 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" Beynəlxalq musiqi festivalı bu dəfə Dubayda baş tutub.

Axşam.az-ın məlumatına görə, gecədə Qeorgi Leps, Valeriya, Olqa Buzova, Leonid Aqutin, Maruv və başqa sənətçilər iştirak ediblər. Ulduzlar əvvəlcə qırmızı xalıdan keçib və medianın suallarını cavablandırıb.

Dubayın məşhur otellərindən birində keçirilən festival bir neçə gün davam edəcək.

Tədbir haqda danışan Emin "Jara" ilk dəfədir Dubayda baş tutur. Bundan əvvəl iki dəfə Azərbaycanda keçirilib. Hazırda İsrail, Türkiyə və Mayamidə danışıqlar gedir. Gələcəkdə orada da müsabiqə keçirəcəyik" deyə, söyləyib.