“Qırmızı papağ”ın premyerası olacaq

“Qırmızı papağ”ın premyerası olacaq
3135 dəfə oxunub
  • A-
  • A
  • A+

Rus dramaturqu Yevgeni Şvartsın pyesi əsasında, musiqisi görkəmli bəstəkar Emin Sabitoğluya məxsus olan “Qırmızı papaq” musiqili nağıl-tamaşanın premyerası olacaq.
 
Axşam.az-a xəbər verir ki, rusdilli balaca teatr həvəskarları üçün nəzərdə tutulan tamaşanın quruluşçu və bərpaçı rejissoru teatrın qocaman aktyoru – Əməkdar artist Boris Qrafkindir.
 
Rəngarəng səhnə dekorasiyaları, işıq effektləri ilə yanaşı, orkestrin canlı ifası ilə müşayiət olunan peşəkar aktyorların oyunları, balet artistlərinin şən və dinamik rəqsləri tamaşanı daha da baxımlı edir.

Bir-birindən maraqlı nağıl qəhrəmanlarını teatrın sevimli aktyorları – Əməkdar artistlər -  Boris Qrafkin, Svetlana Bulax, aktyorlar – Firus Məmmədov, Nadejda Povelitsina, Emil Heydərov, Rauf Babayev, Telnaz Hüseynova, Yuliya Heydərova, Mehriban Zaliyeva, Eleonora Mehdiyeva, Eleonora Mustafayeva, Valeriya İsgəndərzadə və Nərmin Əliyeva canlandıracaqlar. Əsərin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevalar,  dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov rejissor assistenti Sevinc Məmmədovadır.

15 may saat 11:00-da, 25 may saat 12:00-da Akademik Musiqili Teatrında keçiriləcək tamaşaya biletin qiyməti 6 manatdır. Biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.