Leyla qızına ad günü etdi - Fotolar

Leyla qızına ad günü etdi -  Fotolar
6184 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa-aparıcı Leyla Hümmətova qızı Misrinə ad günü məclisi təşkil edib.

Axşam.az-ın məlumatına görə, aktrisa şəhər restoranlarından birində baş tutan gecəyə yaxın ətrafını və sənət dostlarını çağırıb.

Övladının xoş günündən danışan L.Hümmətova bildirib ki, qızını ilk özü təbrik edib:

"Qızıma “çirkin bəxti” arzu edirəm. Ona qızıl sırğa bağışlamışam. Böyük bir hədiyyəm olmayıb. Ad günündə sənət aləmində olan dostlarımla yanaşı, qızımın oxuduğu məktəbin direktoru və sinif rəhbəri də bizi tək qoymadı".

Aktrisanın qızının ad günündə Əməkdar artist Elza Seyidcahan, müğənni Murad Sadıx və digər sənətçilər mahnılar səsləndirib.

Foto: Vüsal Mürsəlov (@murselov_photography)