Bəstəkar, SSRİ Xalq artisti, professor Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi tamam olub.

Axşam.az xəbər verir ki, bu münasibətlə musiqi ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda bəstəkarın xatirəsini anıblar.

Mərasimdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 1 aprel 2019-cu il tarixində sərəncam imzaladığını diqqətə çatdırıb.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək Soltan Hacıbəyovun həyat və fəaliyyətindən danışıblar.

Mərasimdə bəstəkarın ailəsi adından çıxış edən gəlini, tanınmış pianoçu, Xalq artisti, professor Ülviyyə Hacıbəyova sənətkarın xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.

 
 
 
 
 
 


loading...


                 

Digər