Arif Məlikov dəfn olundu - Fotolar

Arif Məlikov dəfn olundu -  Fotolar
8333 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Arif Məlikov torpağa tapşırılıb.

Axşam.az xəbər verir ki, mərhum I Fəxri xiyabanda dəfn olunub.

Dəfn mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil naziri Ceyhun Bayramov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və başqaları iştirak edib.

Qeyd edək ki, A.Məlikov bu gün səhər saatlarında vəfat edib.

***

Arif Məlikovla vida mərasimi başa çatıb.

Axşam.az xəbər verir ki, Xalq artistinin cənazəsi torpağa tapşırılması üçün I Fəxri xiyabana aparılıb.

***

Xəbər verdiyimiz kimi, Xalq artisti, bəstəkar Arif Məlikov dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, hazırda Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilir.

Mərasimə mərhumun yaxınları, iş adamları və incəsənət nümayəndələri qatılıb. Məlikovun xanımı da onunla vidalaşmağa gələnlər arasında olub.

Qeyd edək ki, bəstəkarın vida mərasiminə Prezident İlham Əliyevin də qatılacağı gözlənilir.

Xatırladaq ki, Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub. O, 86 yaşında vəfat edib.

Foto: Şükür Verdiyev