Şahzadənin oğlunu meymuna bənzətdi, sonra isə... - Fotolar

Şahzadənin oğlunu meymuna bənzətdi, sonra isə... - Fotolar
6219 dəfə oxunub
  • A-
  • A
  • A+

Sasseks hersoqu Meqan Markl və şahzadə Harrinin övladları ilə bağlı paylaşım edən BBC Radio 5-in aparıcısı Denni Beykr ortalığı qarışdırıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı Beykr kostyum geyindirilmiş meymunun şəklini paylaşaraq "şahzadə xəstəxanadan çıxır" deyə, yazıb.

Onun bu paylaşımı sosial media iştirakçılarının qəzəbinə səbəb olub. Onlar fotonun Meqanın Afrika əsilli anasına göndərmə olduğunu söyləyərək Bakeri irqçilikdə günahlandırıblar.

Daha sonra paylaşımı silən aparıcı üzr istəsə də, onun radioda işinə son verilib.