Bekhemin sürücülük vəsiqəsi əlindən alındı

Bekhemin sürücülük vəsiqəsi əlindən alındı
3737 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi və kapitanı Devid Bekhemin sürücülük vəsiqəsi altı aylıq müddətinə əlindən alınıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb keçmiş futbolçunun sükan arxasında telefonla danışması olub. Bundan əlavə 750 funt-sterlinq pul cəzası alan Bekhem, məhkəmə xərclərini də ödəməli olacaq.

Hadisə təkrar olunarsa, futbolçunun sürücülük vəsiqəsi dərhal ləğv ediləcək və üç il ərzində bərpa olunmayacaq.