Dünyanın ilk ən böyük mozaika muzeyi - Fotolar

Dünyanın ilk ən böyük mozaika muzeyi - Fotolar
3336 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Qaziantep şəhərində yerləşən Zeuqma Mozaika Muzeyi 1700 kvadratmetrlik ərazisi ilə dünyadakı ikinci ən böyük mozaika muzeyidir.

Axşam.az xəbər verir ki, muzeydə iki min illik mozaikaların hissələri lazer sistemi ilə görüntü olaraq qarşımıza çıxır.

On üç rəng harmoniyadan ibarət məkanda 500 min hissədən meydana gətirilən fiqurlar yer alır.

Onların gerçəyə yaxın olması və canlılığı turistləri heyran qoyur.

Muzeyin ən önəmli əsəri II əsrə aid olan “Qaraçı qızı mozaikası”dır.

Qeyd edək ki, 2011-ci ildə açılan muzey üç il dünyanın ən böyük mozaika muzeyi adlandırılıb. Lakin 2014-cü ildə bu ünvana Hatay Arxeologiya Muzeyi sahib olub.