Müğənni anasına 1,5 milyonluq hədiyyə aldı

Müğənni anasına 1,5 milyonluq hədiyyə aldı
3994 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rita Ora anası üçün sürpriz edib.

Axşam.az-ın məlumatına görə, dünya ulduzu 1,5 milyon funt-sterlinq ödəyərək, bir malikanə satın alıb.

Kosovoda yerləşən evi Rita anasına bağışlayıb. Vera sosial şəbəkədə yayımladığı evin şəklinə "Ürəyim haradırsa, evim də oradır. Londonda yaşamağımıza baxmayaraq, bura bizim və gələcək nəslimizin yurdudur. Onların gələcəkdə ölkəmizi ziyarət etmələri üçün bu ev önəmlidir" sözlərini yazıb.

Qeyd edək ki, Ora 2014-cü ildə də ailəsinə Londonda ev almışdı.