Sakit Məmmədovdan kraliça Elizabetə hədiyyə - Fotolar

Sakit Məmmədovdan kraliça Elizabetə hədiyyə - Fotolar
5039 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının əfsanəvi kraliçası Viktoriyanın şərəfinə təşkil olunmuş və bütün dünya atsevərlərinin böyük marağına səbəb olan “Vindzor Kral Atçılıq Şousu”na yekun vurulub.

Axşam.az xəbər verir ki, tədbirdə nümayiş etdirilən “Azərbaycanın kəlağıyısı və Qarabağ atları” adlı şou kompozisiya Kraliça II Elizabetin, kral ailəsinin üzvlərinin və digər tamaşaçıların marağına səbəb olub.

Kraliça II Elizabet tamaşadan sonra Azərbaycan nümayəndə heyətinin üzvlərini – Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidentləri Sakit Məmmədovu, Bəhruz Nəbiyevi və idmançı Xədicə Qulubəylini qəbul edib.

Görüşdə kraliçanın həyat yoldaşı Edinburq hersoqu şahzadə Filipp, şahzadə Harri və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbacan xalq rəssamı Sakit Məmmədovun “Bahar qızı” adlı rəsm əsəri və Azərbaycan Kəlağıyısı II Elizabetə hədiyyə kimi təqdim olunub.