Alsunun qızı ətrafındakı qalmaqal davam edir

Alsunun qızı ətrafındakı qalmaqal davam edir
5074 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Alsunun qızı Mikellanın "Голос. Дети" ("Səs. Uşaq") müsabiqəsində birinci olması ətrafında qalmaqal bitmək bilmir.

Axşam.az-ın məlumatına görə, bu söz-söhbətdən Mikellanın atası Yan Abramov da narahat olub. Bir çoxları mahnı yarışmasında digər uşaqların haqqının tapdalandığını, Abramovun puluna görə qızının birinci seçildiyi iddia edilib.

İş adamı bildirib ki, Birinci kanalı saxtakarlıqla günahlandıranlar əslində qızın psixologiyasına təsir edir. Abramov Mikellanın bu qalmaqaldan təsirləndiyini, depressiyaya düşdüyünü söyləyib. O, telekanal rəhbirliyindən səsləri açıq-aşkar yaymasını və bu məsələyə son qoymasını tələb edib.

Qeyd edək ki, nə Birinci kanal, nə "Talpa" kompaniyası, nə də Mikellanın ailə üzvləri məsələ ilə bağlı rəsmi açıqlama yayıb.