Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Niyam Salami "Ay Zaur" verilişində deyib. Sənətçi ayrıldığı həyat yoldaşından bəhs edib:
"Qohumum idi qız. Hər şey razılıqla olmuşdu. Beş ildir ayrılmışıq. Ondan sonra onu görməmişəm. Övladımız olacaqdı, amma problem yarandı".
Aparıcı Zaur Kamal Niyamın keçmiş həyat yoldaşının onunla bağlı açıqlama verdiyini deyib. Səsin efirə getməsinə müğənni imkan verməyib. Zaur isə "Səninlə bağlı heç də yaxşı sözlər demədi. Deyir, evə canyandıran deyildi. Öz aləmi var idi. İstədiyi vaxt gəlib, gedirdi" sözlərini söyləyib.