Bakıda 40 minlik ayaqqabı oğurlandı

Bakıda 40 minlik ayaqqabı oğurlandı
2111 dəfə oxunub
  • A-
  • A
  • A+

40 min manat dəyərində qadın ayaqqabıları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Axşam.az-a verilən məlumata görə, mayın 13-də Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.

Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40 min manat dəyərində qadın ayaqqabılarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.