Hakerlər “Eurovision”un yayımına müdaxilə ediblər

Hakerlər “Eurovision”un yayımına  müdaxilə ediblər
3615 dəfə oxunub
  • A-
  • A
  • A+

Hakerlər “Eurovision”u translyasiya edən saytı ələ keçirməyə çalışıb.

Axşam.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, onlar saytı ələ keçirməyə çalışsa da, saytın mühafizəsini həyata keçirən işçilər onu qorumağı bacarıb.

Lakin buna baxmayaraq izləyicilər bir neçə saniyə hücumun şahidi olublar. Belə ki, efirdə Tel-Əvivdəki partlayışların görüntüləri meydana gəlib.

Qeyd edək ki, bu gün müsabiqənin ikinci yarımfinalı baş tutacaq. 18 mayda isə finaldır. Yarışmada ölkəmizi müğənni Çingiz Mustafayev “Truth” mahnısı ilə təmsil edir.