Azərbaycanda üçəmlərə Heydər, İlham və Arif adını qoydular

Azərbaycanda üçəmlərə Heydər, İlham və Arif adını qoydular
2640 dəfə oxunub
  • A-
  • A
  • A+

Respublika Perinatal Mərkəzində üçəm dünyaya gəlib.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 10-da ana Əsədova Kəsirənin dünyaya gətirdiyi körpələrin üçü də oğlandır. Onlardan biri 3 kilo 100 qram, ikisi isə 3 kq doğulub.

Üçəmlər ümummilli lider Heydər Əliyevin ad günündə dünyaya gəldiyi üçün ailə onlara Heydər, İlham və Arif adlarını verib. Hazırda ana və körpələrin vəziyyəti yaxşıdır.

Bu, ananın ikinci hamiləliyidir.