"Çox müğənnilərimiz var ki, saçlarına fen çəkdirirlər və 3 gün eyni saçla çəkilişə, yaxud başqa yerə gedirlər. O adam həmişə elə görünəcək, kirlilik onun üstündə bəlkə də olacaq".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Ayan Babakişiyeva ARB TV-nin “Show news” verilişində deyib. Sənətçi həmkarlarının efirə çirkli çıxdıqlarını deyiblər:

"Təbii gözəlliyimi itirmək istəmirəm, çünki hələ gəncəm. Nə qədər ki, sadə vizaj edirsən, o qədər də gözəl olursan. Tövsiyyə edərdim ki, müğənnilərimiz, aparıcılarımız, modellərimiz sadəliyi seçsinlər. Salona, geyimə xərclənən pula görə xəsislik etməsinlər. Çünki biz tamaşaçı qarşısına çıxırıq. Bu özümüzə və qarşı tərəfə, bizi izləyənlərə olan hörmətimizdir".

 



                 

Digər