Amerikalı heykəltəraş Ceff Kunsun “Dovşan” adlı paslanmaz metaldan düzəldilən heykəli rekord qiymətə satılıb.

Axşam.az xəbər verir ki, Nyu-Yorkda auksiona qoyulan heykəl 91,1 milyon dollara (təxminən 154 milyon 500 min 441 manat) alınıb.

Beləliklə, Ceff ingiltərəli rəssam Devid Hokneyin rekordunu təzələyib. Onun “Sənətçinin portreti” adlı əsəri 90,3 milyon dollara satılmış və yaşayan bir sənətçinin ən yüksək qiymətə satılan əsəri ünvanını almışdı.

Qeyd edək ki, Kunsun “Dovşan”ı 1986-cı ildə ərsəyə gətirib.

 
 
 
 
 


                 

Digər