Ayağından əməliyyat olunan meyxanaçı Namiq Qaraçuxurlu xəstəxanadan daha bir görüntüsünü yayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi xəstə yatağında çoxlu foto çəkdirdiyini deyib.

Namiq paylaşımına "İnşallah, bir daha bu çarpayıya uzanmayacağam. Ona görə çoxlu şəkillər çəkdirdim. Mənə xeyir-dua edən insanlara bir daha təşəkkür bildirirəm" sözlərini yazıb.

Qeyd edək ki, bir il bundan əvvəl yıxılıb ayağını sındıran Qaraçuxurlu uzun müddətdir əsa ilə gəzirdi. O, əməliyyatla ayağındakı dəmirləri çıxartdırıb.



loading...


                 

Digər