Bakıdakı bu muzeyi bir gün ərzində 3400 adam ziyarət edib

Bakıdakı bu muzeyi bir gün ərzində 3400 adam ziyarət edib
3776 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə Ədəbiyyat Muzeyində “Açıq qapı” günü keçirilib.

Muzeydən Axşam.az-a bildirilib ki, gün ərzində bu elm və mədəniyyət ocağını 3482 insan ziyarət edib. Muzeyin əməkdaşları tamaşaçıları qarşılayaraq, onları ədəbiyyat və mədəniyyət dünyamızla tanış ediblər. Muzeyi orta məktəb şagirdləri, ali məktəblərin müəllim və tələbələri, əcnəbi qonaqlar ziyarət ediblər. Onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeyin eksponatları, mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib.

Aksiya vətəndaşların Azərbaycanın milli-mənəvi irsi ilə tanışlığına və cəmiyyətin mədəni maarifləndirilməsində muzeylərin rolunun dəstəklənməsinə yönəlib.

Beynəlxalq Muzeylər Günü münasibətilə AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzində də “Açıq qapı” günü təşkil olunub. Gün ərzində muzey mərkəzini çox sayda insan ziyarət edib.