"Eurovision"da Qarabağ və Naxçıvanla bağlı qalmaqal - Foto

"Eurovision"da Qarabağ və Naxçıvanla bağlı qalmaqal - Foto
5156 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən "Eurovision-2019" mahnı müsabiqəsində təmsilçimiz Çingiz Mustafayevin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvan qeyd edilməyib.

Axşam.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti bu hadisə ilə bağlı məlumat yayıb:

"Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilmədiyi aşkarlanıb. Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyir".