"Qızlar seriallara baxıb, ailə dağıdırlar"

"Qızlar seriallara baxıb, ailə dağıdırlar"
1510 dəfə oxunub
  • A-
  • A
  • A+
"Müəyyən yaş var ki, ondan sonra boşanmaq olmaz. Biz ölənə qədər çalışırıq övladlar üçün yaşayaq. Mənim özəl həyatım olmayıb. Peşmanlıq çəksəm də, xeyri yoxdur, qatar getdi. Bundan sonra mən kimə lazımam? Boşansam belə, evlənmərəm. Mənim oğul evləndirən, gəlin gətirən vaxtımdı. Durum özümə toy edim? Mənim fikrimcə, yanlışdır".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə "Boş anlar" verilişində deyib. Sənətçi bəzi gənc qızları tənqid edib: 

"Qızlar serial düşkünü olublar. İçinə girib, onlarla yaşayırlar. Həyatlarını seriallardakı kimi qururlar. Seriallarda xəyanət, ailə dağıtmaq var. Qızlar da baxıb, onu edirlər. Bu da savadsızlıqdan irəli gəlir. Onlar yüngül düşüncəli insanlardı. Serial həyatı yaşamaq istəyəndən hər şey gözləmək olar.

Sənin kefin başqa adamla yaşamaq istəyir deyə, uşaq əziyyət çəkməlidir? Deyirlər, avropalaşmışıq. Axı niyə Avropadan pis şey götürürük? Orada bizə nümunə ola biləcək müsbət tərəflər var".