Sosial media vasitəsilə məşhurlaşan türkiyəli müğənni Fəridə Hilal həmyerlilərimizin mahnısını oxuyub.

Axşam.az xəbər verir ki, o, Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçılar Rauf və Faikin “Детство” mahnısına müraciət edib.

Mahnını türk dilində “Yok yok” adı ilə təqdim edən Fəridənin klipi iki günə 2,6 milyon izlənilmə sayı toplayıb.

Qeyd edək ki, sözügedən mahnıya “Youtube”da Rauf və Faikin ifasında 139 milyon dəfə baxılıb.



                 

Digər