Unutqanlıq kişilərin baş bəlasıdır

Unutqanlıq kişilərin baş bəlasıdır
470 dəfə oxunub
  • A-
  • A
  • A+

Gəlin etiraf edək: Güclü cinsin nümayəndələri tez-tez qarşı tərəfin sözlərini, tapşırıqlarını unudurlar. Bunu qəsdən etməsələr də həmişə danlanırlar.

Axşam.az xəbər verir ki, unutqanlıq alzaymer xəstəliyinin başlanğıcı hesab edilib. Qadının sözlərini qulaqardına vermək və ya unutmaq isə sizin üçün baha başa gələ bilər.

Onun sözlərini qulaqardına vermək istəmirsinizsə, mütəxəssislərin məsləhət gördüyü bu xırdalıqları edin:

Onunla tet-a-tet danışın

Kişilərin beynindəki peyk eyni vaxtda bir neçə istiqamətdən məlumat qəbul etmir. Buna görə də sevgilin nəsə tapşıranda, onunla otaqda yalnız ol və ya fikrini ancaq ona cəmlə. Beləcə, canınızı danlanmaqdan qurtara bilərsiniz.

Vaxtı ovlayın

İş vaxtı beynin aktivliyi artır. Buna görə də sevgilinizlə iş vaxtı qurtardıqdan yarım saat sonra söhbət edin. Beləcə, onun danışdıqları və tapşırdıqları daha yaxşı yadınızda qalar.

Ondan gözünüzü ayırmayın

Onun gözünün içinə baxın. Beləcə, ona diqqətlə qulaq asıb, ciddi söhbət etdiyini anlayarsanız.