Banu Alkan: "Türkiyənin ən namuslu qadınıyam"

Banu Alkan: "Türkiyənin ən namuslu qadınıyam"
4576 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk aktrisası və müğənni Banu Alkan qatıldığı proqramda maraqlı açıqlamalar verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, özünü ölkənin ən namuslu qadını adlandırıb.

Plastik əməliyyat etdirmədiyini deyən Alkan özünün hələ də zirvədə olduğunu bildirib:

"Biz Türkiyə kinosunun ulduzları olaraq son nəsilik. Bizdən sonra gələn olmadı. Beren Saata ulduz deyirsiz, o ulduz deyil, olmağa çalışır. İki-üç film çəkməklə, ulduz olmaq mümkün deyil. Mənim gəncliyim çəkiliş meydançalarında keçib".

Keçmiş vaxtlardan da soz açan 61 yaşlı aktrisa hazırda yaxşı yaşadığını, maddi sıxıntısının olmadığını deyib:

"Hamının çətin günləri olur. Mən vaxtilə saçımın rəngini dəyişmək üçün Parisə gedirdim. Qəzetlər həftələrlə bundan yazırdılar. Yanacaq almağa pulumun olmadığı vaxtlar da olub".