Demet Akalınla əri Bakıda möhtəşəm gecə keçirəcək

Demet Akalınla əri Bakıda möhtəşəm gecə keçirəcək
1857 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli məşhur müğənni Demet Akalın Bakının qonağı olacaq.

Axşam.az-ın məlumatına görə, sənətçi paytaxtımızda konsert proqramı ilə çıxış edəcək. Təşkilatçı Sahib Heydərovun hazırladığı tədbir iyunun 14-də "Elektra Events Hall"da gerçəkləşəcək.

Böyük komandası ilə Bakıya təşrif buyuran Akalın gecədə möhtəşəm şou göstərərək, hit mahnılarını oxuyacaq. Maraqlı məqamlardan biri isə odur ki, Demet Akalından sonra səhnəyə ifaçının biznesmen həyat yoldaşı, eyni zamanda diceylik edən Okan Kurt çıxacaq.

Biletləri artıq şəhərin kassalarından və iTicket.az dan əldə edə bilərsiniz.