İnstaqramda "krevetka" yeyənləri ələ saldı

İnstaqramda "krevetka" yeyənləri ələ saldı
2147 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ramal İsrafilov İnstaqram səhifəsində reklam xarakterli paylaşımlar edən həmkarlarını tənqid edib.

Axşam.az-ın məlumatına görə, sənətçi "X maqazin" verilişində deyib ki, sənət adamına bunu yaraşdırmır:

"Sənətçi dostlarıma bunu yaraşdırmıram. Xahiş edirəm, tamaşaçı qarşısında "krevetka" soyub yeməyin. Sənətçiyə yaraşmır. Mən nə ayaqqabı, nə ətir, nə yemək, nə də "krevetka" istəyirəm. Gedib pulumu verib alıram. Tamaşaçı bizim sənətimizi görmək istəyir".

Ramal İnstaqramda bütün sənətçiləri izləmədən çıxarmasının səbəbini açıqlayıb:

"Tez-tez olan paylaşımlar məni yordu. Şəkilləri, videoları narahat edirdi, vaxtımı alırdı. Mən də sildim hamısını. Fanatlarımla baş-başa qaldım".

İsrafilov onu "tənbəl" adlandırıb, gündəmdən kənar qaldığını iddia edənlərə cavab verib:

"İkinci planda qalmamışam. Tək yerli yox, türk sənətçilər üçün də mahnılar yazıram. Bir mahnı yazmaq 2-3 ay vaxtımı alır".