Günaydan sevgilisini bıçaqlama xəbərinə münasibət

Günaydan sevgilisini bıçaqlama xəbərinə münasibət
6555 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlaması xəbərini təkzib edib.

Axşam.az xəbər verir ki, model və sevgilisi bu haqda İnstaqram səhifəsində birgə məlumat yayıblar.

"Bu gün haqqımda çıxan sevgilim Taha Tatlıcını bıçaqlama xəbəri həqiqətən uyğun deyil və üzücüdür. Həm mənə, həm də sevgilimə qarşı ağır bir ittiham ortaya atılıb. Taha ilə aramızdakı mübahisəni qonşular polisə bildirib. Aramızda heç bir problem yoxdur və hazırda birlikdəyik" deyə, paylaşımda yazılıb.

Qeyd edək ki, modelin sevgilisi Taha da xəbəri təsdiqləyib və sadəcə mübahisə etdiklərini bildirib.