Məşhur aktyor keçmiş arvadından 50 milyon istəyir

Məşhur aktyor keçmiş arvadından 50 milyon istəyir
3689 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur aktyor Conni Depp keçmiş arvadı, aktrisa Ember Herdi məhkəməyə verib.

Axşam.az xəbər verir ki, o evliliyi boyunca şiddət gördüyünü önə sürərək Emberden 50 milyon dollar istəyib.

Aktyor bildirib ki, bilinənin əksinə, şiddətə məruz qalan o özü olub. Evliliklərindən bir ay sonra Ember ona şüşə ataraq barmağını yaralayıb.

Qeyd edək ki, məşhur cütlük 2015-ci ildə evlənib. Herdi aktyorun ona şiddət göstərdiyini önə sürərək məhkəməyə müraciət edib. Onlar 2017-ci ildə boşanıblar.