Elnurun bayraqdan kostyumu tənqid olundu - Fotolar

Elnurun bayraqdan kostyumu tənqid olundu - Fotolar
5336 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnur Məmmədov yeni klipindən görüntüləri sosial şəbəkədə paylaşıb.

Axşam.az xəbər verir ki, sənətçinin ekran işində geyindiyi, bayrağımızın rənglərini özündə əks etdirən kostyumu birmənalı qarşılanmayıb.

Belə ki, istifadəçilər “Bayrağımıza bunu etməyə haqqları yoxdur”, “Bayrağın hər hansı hissəsinin üstündə oturmaq, onu tapdalamaq kimidir”, “Bayrağımız bu qədər ucuz, bu qədər əlçatan olmamalıdır” kimi rəylər yazıblar.

Elnur isə tənqidlərə cavab verməyib.