"Gedib bədənlərini kəsdirir, sonra da kababdan yeyirlər"

"Gedib bədənlərini kəsdirir, sonra da kababdan yeyirlər"
2426 dəfə oxunub
  • A-
  • A
  • A+

"5/5" verilişinin "həkim" rubrikasının növbəti qonağı müğənni Nadir Qafarzadə olub.

Axşam.az-ın məlumatına görə, sənətçiyə Əməkdar artistlər Mətanət İsgəndərli, Röya Ayxan, müğənnilər Sevil və Sevinc Səfərova, Mənzurə Musayevanın fotosunu göstəriblər.

Qafarzadə həmkarlarını çox plastik əməliyyat etdikləri üçün tənqid edib:

"Mətanəti kəsib doğramaq lazımdır. Onu görəndə deyirəm ki, az ye. Deyir, arıqlamışam. Deyirəm, hələ arıqlamısan bu haldasan?

Mənzurə bütün günü bıçaq altındadır. Nəyi var kəsilməli? Gedib kəsirlər, axşam da oturub, kabab yeyirlər. Sevil Sevinc də kəsdirib. Bir burun onları necə dəyişdi.

Röya şokoladdır, nəyini kəsim? Kəssəm də özüm yeyərəm, heç kimə vermərəm".