İsraildə Faiq Ağayevi Vill Smitə bənzətdilər

İsraildə Faiq Ağayevi Vill Smitə bənzətdilər
1218 dəfə oxunub
  • A-
  • A
  • A+

İsrailin dövlət kanalı rəsmi İnstaqram səhifəsində Xalq artisti Faiq Ağayevin fotosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, səhifədə sənətçinin 64-cü “Eurovision” müsabiqəsində səsvermə zamanı çəkilən görüntüsü yer alıb.

İdarəçilər Ağayevi dünya şöhrətli aktyor Vill Smitə bənzədiblər. Onlar paylaşımına “Vill Smitin Azərbaycanda nə işi var...” deyə, rəy yazıblar.

Sosial şəbəkə istifadəçilərinin yarısı hər iki məşhur arasında bənzərlik olduğunu desə də, digərləri səhifə idarəçilərinin paylaşımını yersiz sayıb və buna görə onları görə lağa qoyub.