"Zara"nın soyunub-geyinmə otağında kamera var imiş...

"Zara"nın soyunub-geyinmə otağında kamera var imiş...
4231 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda “Zara” mağazasının soyunub-geyinmə kabinələri hissəsinə müşahidə kamerası quraşdırılıb.

Axşam.az xəbər verir ki, Bakı sakini Xədicə Kərimova Baku.ws-ə şikayətində bildirib ki, ticarət mərkəzlərinin birində yerləşən “Zara” mağazasında paltarı yoxlamaq üçün kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb:

“Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”.

Məsələ ilə bağlı “Zara” mağazasından bildirilib ki, şikayət haqda rəhbərliyə məlumat veriləcək.