"Bir ananın fəryadını eşidib, necə susmaq olar?" - Fatimə

"Bir ananın fəryadını eşidib, necə susmaq olar?" -  Fatimə
1796 dəfə oxunub
  • A-
  • A
  • A+
"Görəsən, Allahını tanımayan insanlar necə Tanrıdan danışırlar. Zülmkarlar yaxşılıqdan danışa bilər?".

Axşam.az-ın məlumatına görə, bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə yazıb. Sənətçi daha sonra əlavə edib:

"Ürəyi olmayan necə ürəkdən danışa bilir? Namaz qılıb, amma pis əməllə yaşayır. Necə bilə-bilə pislik etmək olar? Kiminsə göz yaşını eşidib, necə sevinmək olar? Görəsən, özü ana olanlar, başqa bir ananın fəryadını eşidib, necə susa bilər? Görəsən, çabalayan tanışına güc vermək əvəzinə, əzib sevinən insana nə ad qoymaq olar? Kiminsə taleyi ilə oynayıb, sonra buna necə sevinəsən? Bu zalım dünyada çox suallar var. Bunlara necə dözəsən?".