Kişilər haqda bilinməyən 5 maraqlı məqam

Kişilər haqda bilinməyən 5 maraqlı məqam
4513 dəfə oxunub
  • A-
  • A
  • A+

Qadınlar qədər kişilər də baxımlı olmaq üçün müxtəlif məsləhətlərə ehtiyac duyurlar. Onlar da hansısa yolla faydalı məlumat əldə edib, əməl etməyə can atırlar.

Axşam.az kişilərə gərəkli ola biləcək 5 maraqlı faktı təqdim edir:

Ayağınız tərləyib, iylənirsə, getdiyiniz yerdə ayaqqabılarınızı çıxartmağa utanırsınızsa, hər gecə yatmazdan əvvəl ilıq suya təzə dəmlənmiş çay töküb, ayaqlarınızı 10 dəqiqə vanna edin. Müalicəni 10 gün davam etdirmək məsləhətdir.

Və ya... İçərisinə nanə tökülmüş su ilə gündə bir dəfə ayaqlarınızı yuyun.

Mobil telefonu şalvarın ön cibində saxlayan kişilərdə E vitamini çatışmazlığı yaranır. E vitamini azlığı cinsi fəaliyyəti zəiflədir.

Soya yağı və ondan hazırlanan qidalar qəbul etmək kişilərdə qadın hormonları yaradır. Buna görə də xaricdə buna "kişi nəslini kəsən bitki" adı verilib.

ABŞ-da alimlərin apardıqları araşdırma nəticəsində məlum olub ki, sən demə, utancaq kişilərin infarkt keçirmə riski daha çoxdur.