Xoş əhval-ruhiyyə, gülüş insanı cavan və sağlam saxlayan əsas amillərdəndir.

Axşam.az xəbər verir ki, psixoloqlar depresiyadan çıxmaq üçün gülüş yaradacaq amillərdən istifadə etməyi məsləhət görür. Məsələn, sizə gözəl əhval-ruhiyyə bəxş edəcək, üzünüzdə təbəssüm yaradacaq filmlərə baxın, kitabları oxuyun. Ətrafınızda neqativ düşünən insanlar varsa, uzaq durmağa çalışın. Çünki, mənfi enerjinin bir insandan digərinə ötürülməsi də sübut edilib.

Özünüzə gülmək üçün imkan yaradın, pozitiv düşünün. Hər şeyin daha yaxşıya doğru dəyişdiyini tezliklə hiss edəcəksiniz.



loading...


                 

Digər