Əhya gecələri nə zamandır?

Əhya gecələri nə zamandır?
2549 dəfə oxunub
  • A-
  • A
  • A+

Mübarək Ramazan ayının mühüm günlərindən biri də Qədir (əhya) gecəsidir.

Axşam.az xəbər verir ki, Qədir gecəsi "Quran-i Kərim"in nazil olduğu gündür. ehtimal edilən əhya (Qədr) gecələri Ramazan ayının 19, 21 və 23-ü gecələridir. 2019-cu ildə bu gecələr mayın 24-dən 25-nə, 26-dan 27-nə və 28-dən 29-na keçən gecələrdir.

Bəzilərinə görə isə Qədr gecəsi Ramazanın 27-ci gecəsi sayılır. Həmin gecə bu il iyulun 1-dən 2-ə keçən gecəyə təsadüf edir.

Qədr gecəsi ilə əlaqədar tövsiyələr:

 

1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;

 

2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;

 

3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;

 

4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün möminlərin öz üzərində haqqını halal etmək;

 

5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;

 

6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Quran oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.