Alsunun qızının birinciliyi əlindən alındı

Alsunun qızının birinciliyi əlindən alındı
5527 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Alsunun qızı Mikella Abramovanın Rusiyanın birinci kanalında keçirilən "Голос. Дети" müsabiqəsindəki birinciliyi əlindən alınıb.

Axşam.az-ın məlumatına görə, saxtakarlığın yaşandığı, səslərə müdaxilə edildiyi sübut olunub. Mikellanın qalib olmasına etirazlar gəldikdən sonra telekanal yarışmanı yenidən keçirmək qərarına gəlib.

Final buraxılışına bütün iştirakçılar gəlsə də, Mikella qatılmayıb. Eləcə də münsif kürsüsündə oturan Valeriy Meladze, Loboda və Pelaqeya gələ bilməyəcəklərini videomüraciətlə çatdırıblar.

Maraqlısı isə odur ki, 8 iştirakçı arasından heç kim qalib elan edilməyib. Onların hamısı birinci seçilib, vəd edilən mükafata layiq görülüblər.