Ölən atasının bal mumundan heykəlini hazırlatdı - Fotolar

Ölən atasının bal mumundan heykəlini hazırlatdı - Fotolar
4835 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli iş adamı Mürteza Kuğu 6 il əvvəl vəfat edən atasının bal mumundan heykəlini hazırladıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ailəsi ilə birlikdə 6 ildir heykəllə eyni evdə yaşayır.

"Atam çox yardımsevər insan olub. Biz onun xatirəsini əbədiləşdirmək üçün belə bir addım atdıq", deyən Mürteza heykələ atasının paltarlarını geyindirib.

İş adamının sözlərinə görə, evə gələn hər kəs onu görüb heyrətlənir və atasının vəfat edib-etmədiyini soruşur:

"Heykəl o qədər mükəmməl hazırlanıb ki, heç kim canlı olmadığını anlamır. Hətta, evə ilk dəfə gələnlər əl verib görüşürlər. Hərəkət etməyincə də, xəstə olduğunu zənn edirlər. Anam da tez-tez onunla dərdləşir, söhbət edir".