Axşam.az-ın məlumatına görə, bu dəfə Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Gülbahar Şükürova, müğənni-bəstəkar Hacı Nazim Məmmədov illər əvvəl çəkilən şəkillərini yayımlayıb.
H.Ömərovanın fotosunda Xalq artisti Rasim Balayev də yer alıb. O, paylaşımına "Heç inana bilmirəm ki, bizik" şərhini yazıb.
Nazim isə müğənni Günel Zeynalovanın da yer aldığı şəklə "1996-cı il... Günel və mən. Zaman sürətlə keçir. Maşallah, sən artıq bir ulduzsan" sözlərini qeyd edib.
Qarmon ifaçısı Gülbahar Şükürova isə şəklinin illər əvvəl çəkildiyini yazıb.