Tarkan yeni ili Azərbaycanda qarşılamaqdan imtina edib

Tarkan yeni ili Azərbaycanda qarşılamaqdan imtina edib
1534 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin məşhur pop ulduzu Tarkan 2013-cü ili anası ilə birgə qarşılamaq üçün 500 min dollarlıq təklifdən vaz keçib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbulun 5 ulduzlu otellərindən biri müğənniyə 31 dekabrda konsert proqramı ilə çıxış etmək üçün bu məbləğdə qonorar təklif edib.

Müğənni isə bu təklifdən imtina edib. Məşhur ulduz həmçinin Azərbaycan və  Dubaydan gələn dəvətlərdən də imtina edərək bu ili ailəsi ilə birgə qarşılamaq istədiyini bildirib.

Qeyd edək ki, Türkiyənin məşhur pop ulduzu Tarkan 2012-ci ili Bakıda heyranları ilə birgə qarşılayıb. Türkiyə mətbuatı müğənninin konsertdən 250 min dollar qazanc əldə etdiyini yazıb.

Nigar MƏHƏRRƏM