Cemli piroqun resepti

Cemli piroqun resepti
15730 dəfə oxunub
  • A-
  • A
  • A+

Lazım olan ərzaqlar:

Yumurta – 4 ədəd
Şəkər tozu – 1 stəkan
Qatıq – 1 stəkan
Yağ – 1 stəkan
Un – 1,5 stəkan
Vanil
Soda – 1 çay qaşığı

Hazırlama qaydası:

Yumurta ilə şəkəri mikserlə qarışdır, üzərinə soda ilə qarışdırılmış qatıq əlavə et. Bir az qarışdırdıqdan sonra yağ tök. Un tökdükdən sonra qaşıqla qarışdır. Xəmirin yarı hissəsini listə töküb, üstünə cem çək. Qalan xəmiri əlavə edib, 170 dərəcə isidilmiş sobada bişir.